Dünya futbolu

Subaşiçin komandası kubokda mübarizəni dayandırdı

Türkiyə kubokunda III turun oyunları keçirilir.

Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” səfərdə “Nazilli Belediyyespor”la qarşılaşıb.

Subaşiçin 90-cı dəqiqədə meydana daxil olduğu matç “Nazıllı Belediyyespor”un 1:0 hesablı xeyrinə başa çatıb. Bu nəticə ilə Subaşiçin komandası Türkiyə kubokunda mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43