Dünya futbolu

Subaşiçin qiyməti qalxdı: “Onu transfer etmək istəyən klub bizə təklif göndərməlidir”

Milli komandamızın sabiq futbolçusu Branimir Subaşiç yeni mövsümdə də “Orduspor”da çıxış edə bilər.

İdmanxeber.com-un məlumatına görə, klubun vitse-prezidenti Tahsin Türkmən “Bucaspor”la razılığa gələn 32 yaşlı hücumçunu satmayacaqlarını deyib:

“Subaşiçə 100 min türk lirəsi ödəmələyik. Bu məbləği ödəyib onu komandada saxlayacağıq. Subaşiçin “Orduspor”la bir illik müqaviləsi var. Onu transfer etmək istəyən klub bizə təklif göndərməlidir. İndiyə kimi isə Subaşiç üçün təklif almamışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43