Kateqoriyasız

Subaşim 35 dəqiqə oynadı, komandası 1 xal qazandı

Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin oynadığı “Manisaspor” da növbəti matçına çıxıb. Manisa klubu səfərdə “Bucaspor”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Subaşiç görüşün 55-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Manisaspor” hazırda 30 xalla 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43