• Ana səhifə
  • Müsahibə
  • Subotiç: “Biz göstərmişik ki, “Xəzər Lənkəran”ı məğlub etmək olar” – MÜSAHİBƏ
Müsahibə

Subotiç: “Biz göstərmişik ki, “Xəzər Lənkəran”ı məğlub etmək olar” – MÜSAHİBƏ

“Qəbələ”nin hücumçusu Daniyel Subotiçin idmanxeber.com saytına müsahibəsi.

– İlk öncə qələbə münasibəti ilə təbrik edirik. Oyunla bağlı düşüncələrini öyrənmək istəyərdim…

Bizə qələbə vacib idi. Yaxşı oyun göstərdik və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm ki, sona kimi mübarizə apardılar. 

– Oyun zamanı tez-tez “Qarabağ”lı futbolçular arasında gərginlik yaşanırdı. Səbəb nə idi?

Adi oyun epizodlar idi. Sadəcə oyun gərgin keçirdi. Heç kim məğlub olmaq istəməz. İkinci hissədə “Qarabağ” cavab qolunu vurduqdan sonra ara daha da gərginləşdi. Lakin sonradan hər şey qaydasına düşdü. Gördüyünüz kimi, onlarla dost kimi meydanda ayrıldıq. 

– “Qəbələ” qeyri-stabil çıxışı ilə azarkeşlərini üzür. Stabilliyi qoruya bilməməyiniz nədən qaynağlanır?

Mən deməzdim biz stabil oynamırıq. Sadəcə öz oyunumuzu göstərə bilmirik.  Bu gün öz futbolumuzu oynadıq və “Qarabağ”ı yendik. İndi vəziyyət düzəlir. 

– Yarımfinaldakı rəqibiniz “Xəzər Lənkəran”dı…

Bu gün göstərdiyimiz oyunu göstərsək qələbə qazana bilərik. Biz göstərmişik ki, “Xəzər Lənkəran”ı məğlub etmək olar. Əgər biz “Qarabağ”ı məğlub etmişiksə, istənilən rəqibi yenə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Qasımov: “Futboldakı missiyam artıq başa çatdı” – MÜSAHİBƏ

admin

Əfran İsmayılov: “Prosineçkinin bu qərarı mənə qaranlıq qaldı” – MÜSAHİBƏ

admin

Tuyqun Nadirov: “FİFA “Xəzər Lənkəran”ı Azərbaycandan gedən çoxsaylı şikayətə görə cəzalandırıb” – MÜSAHİBƏ

admin