Dünyadan

Subotiç “Köln”də

“Borussiya” futbolçusu Neven Subotiçi icarəyə verib.

İdmanxeber.com-un məlumatına görə, serb müdafiəçi karyerasını “Köln”də davam etdirəcək. 28 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə anlaşıb. O, icarə əsasında mövsümün sonunadək “Köln”də çıxış edəcək.

Qeyd edək ki, Subotiç 2008-ci ildən “Borussiya”da çıxış edirdi. O, Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 192 qarşılaşmada 15 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43