Ölkə futbolu

Süleymanov qərarını verdi: Platye gedir, yoxsa qalır?

“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Melvin Platye ilə bağlı qərarını verib.

İdmanxeber.com-un əldə etidiy məlumata görə, yay transferində heyətə qatılan hollandiyalı forvard ümidləri doğrultmadığına görə onun qışda heyətdən göndəriləcəyi ilə bağlı bir ara söz-söhbət dolaşsa da, Süleymanov “Niymegen”dən alınan “qol silahı”nı komandada saxlayacaq.

Ümumiyyətlə qışda “Neftçi”dən kiminsə heyətdən göndərilməsi gözlənilimir. Yaya qədər Platyeyə şans verəcək “ağ-qaralar” mövsümün sonunu gözləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43