Ölkə futbolu

“Sumqayıt”: 2014-cü ildə ilk dəfə

“Sumqayıt” klubu Topaz Premyer Liqasının 3-cü dövrəsi üçün hazırlıqlara start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün yeni kompleksdə ilk məşqini keçirib.

Türkiyədə əməliyyat olunmuş Vurğun Hüseynov fərdi məşqlərlə kifayətlənib. Yeni transferlər Ramil Mansurov və Tərzin Cahangirov da komanda ilə birlikdə hazırlığa başlayıb. “Sumqayıt” FK bu həftə gündə bir dəfə olmaqla məşqlərini davam etdirəcək. Yanvarın 10-da “Rəvan”la ilk yoxlama oyununa çıxacaq komanda yanvarın 12-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq.

Qeyd edək ki, “Sumqayıt” yanvarın 15-də “Araz-Naxçıvan” 18-də isə AZAL-la yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43