Ölkə futbolu

“Sumqayıt” 58 yaşlı məşqçiyə yeni vəzifə verdi

“Sumqayıt” Futbol Klubunda növbəti təyinat rəsmiləşib. Belə ki, əməkdar məşqçi, əvəzedici komandada köməkçi məşqçi kimi fəaliyyət göstərən Ağamusa Bağırov “Sumqayıt” FK-nun akademiyasına baş kordinator vəzifəsinə dəyin olunub.

Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış 58 yaşlı mütəxəssis karyerası ərzində “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Standard” kimi klublarda çalışıb. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43