Ölkə futbolu

“Sumqayıt” akademiyasını türk mütəxəssisə tapşırdı

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəni Hakan Sünal icra edəcək.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43