Ölkə futbolu

“Sumqayıt” “Al-Fateh”ə qarşı

2017/2018 futbol mövsümünə hazırlaşan “Sumqayıt” hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh”lə üz-üzə gələcək. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli vaxtla saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43