Ölkə futbolu

“Sumqayıt” “Araz Naxçıvan”ın futbolçusunu heyətinə qatdı

"Sumqayıt" cari mövsümdə növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, son olaraq, "Araz Naxçıvan"da çıxış edən Budaq Nəsirovla  1 il yarım müddətinə müqavilə imzalanıb. O, "Sumqayıt"da 96 nömrəli futbol forma geyinəcək.

Qeyd edək ki, B.Nəsirov 19 yaşadək millimizdə də oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43