29 Sentyabr 2024
İdman

“Sumqayıt” AZAL-a qarşı

Milli komandanın toplanışı ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədən klublar maksimum yararlanmağa çalışırlar. 

İdmanxeber.com-un məlumatına görə, elita iştirakçıları bu müddətdə bir-birləri ilə yoxlama görüşü keçirəcəklər.

 

Artıq iki komandanın üz-üzə gələcəyi dəqiqdi. Belə ki, “Sumqayıt” və AZAL klubları arasında yoxlama görüşünün keçirilməsi razılaşdırılıb. Bu komandalar avqustun 30-da Sumqayıt şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, çempionatda 3 turdan sonra “Sumqayıt”ın aktivində 3, AZAL-da isə 1 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43