Ölkə futbolu

“Sumqayıt” – AZAL : Məşqçi fikirləri

Azərbaycan Premyer Liqasının XXII turuna Sumqayıtda start verildi. Həmin şəhərdə keçirilən “Sumqayıt” – AZAL oyununda qapılara qol vurulmadı.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq. Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidir, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Bakı” ilə oyundan sonra futbolçularda bir qədər ruh düşkünlüyü vardı. Bilirdim ki, AZAL ilə matç bizim üçün çətin olacaq. Sevindirici haldır ki, ardıcıl 3 oyundur qol buraxmırıq. Müdafiəçilərdən razı, hücumameyilli oyunçulardan narazıyam. Deyərdim ki, bu gün nəticə oyuna görə oldu”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43