Ölkə futbolu

“Sumqayıt” “Bakı” ilə qarşılaşacaq

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün “Kapital bank Arena”da növbəti məşqinə çıxıb. “Sumqayıt” FK sabahdan təlim-məşq toplanışına oturacaq. Komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də “Bakı”ya qarşı keçirəcək. Həmin qarşılaşma saat 14:00-da “Kapital Bank Arena”da keçiriləcək.

Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri də yanvarın 14-də saat 11:30 1-ci liqa təmsilçisi “Neftçala” ilə doğma arenada üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43