Ölkə futbolu

“Sumqayıt” “Bakı”nı darmadağın etdi

Hazırlıqlarını ölkədə davam etdirən “Bakı” və “Sumqayıt” klubları yoldaşlıq görüşü keçirib.

İdmanxeber.com -un məlumatına görə, Sumqayıtda üz-üzə gələn rəqiblərin matçında 6 qol vurulub. “Sumqayıt” klubu “Bakı”nı 5:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmada Məhəmməd Qurbanov dubl edib, digər qolları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov vurub. “Bakı” FK-dan yeganə qolu isə Nuran Qurbanov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43