İdman

“Sumqayıt” başladı

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt”  bu gündən məşqləri bərpa edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43