Kateqoriyasız

“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzaladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb.

“Kimyaçılar” ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Eltun Turabovla 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eltun Turabov ötən mövsüm 14 oyunda “Sumqayıt”ın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.

“Sumqayıt” bundan əvvəl “Qəbələ”dən ayrılan Yusif Nəbiyev və “Keşlə”ni tərk edən Xəzər Mahmudovla müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43