Ölkə futbolu

“Sumqayıt” hazırlıqlara başladı

Azərbaycan  Premyer Liqasının son turunda “İnter”lə heç-heçə edən (0:0) “Sumqayıt”klubu 4 günlük istirahəti başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  Aqil Məmmədovun rəhbərlik etdiyi komanda  “Kapital Bank Arena”da məşqə çıxıb.

Milli komandamızın heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan 3 futbolçu – Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa nisbətən gec qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43