Ölkə futbolu

“Sumqayıt” heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası dünən keçirilməli olan, ancaq güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43