Ölkə futbolu

“Sumqayıt” “İnter” və “Zirə”yə qarşı

“Sumqayıt” Futbol Klubunun əvəzediciləri 2016/2017 futbol mövsümü üçün Zaqatala toplanışını başa vurub. İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Rövşən Babayev komandaya 3 günlük istirahət verib. İyulun 25-dən etibarən komanda Sumqayıtda yenidən hazırlığa start verəcək.

 Əvəzedicilər ilk tura qədər 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq rəqiblər də müəyyənləşib. “Sumqayıt”  iyulun 26-da saat 18:00-da “İnter”in əvəzediciləri ilə “İnter Arena”da üz-üzə gələcək. “Kimyaçılar” 2 gün sonra isə iyulun 28-də doğma meydanda “Zirə”nin əvəzedicilərini qəbul edəcək. Üçüncü rəqib isə hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43