Ölkə futbolu

“Sumqayıt” itkilərlə çalışdı

Azərbaycan Premyer Liqasının II yarısına 1 xalla başlayan “Sumqayıt” növbəti tur üçün məşqlərini davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “İnter”lə oyunun hazırlığı üçün “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda məşqin sonunu ikitərəfli oyunla yekunlaşdırıb.  

Qeyd edək ki, bərpa prosesi keçən Mikayıl Rəhimov və zədəli olan Vaquf Güləliyev hazırlığa qatılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43