Ölkə futbolu

“Sumqayıt” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə Misli Premyer Liqasında 25-ci turun “Sumqayıt” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

İdmanxeber.az məlumat verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43