Ölkə futbolu

“Sumqayıt” kapitansız qala bilər

Sabah Azərbaycan Premeyr Liqasının I turu çərçivəsində doğma meydanda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” komandası meydana itki ilə çıxa bilər.

Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. Komanda rəsmisi kapitan Vurğun Hüseynovun məşq zamanı ayağını burxduğunu bildirib. Futbolçunun ilk görüşü buraxıb-buraxmayacağı sabah məlum oalcaq.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” matçı sabah saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43