Kateqoriyasız

“Sumqayıt” klubunun baş məşqçisi: “Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir”

Topaz Premyer Liqasının 3-cü turunda “Sumqayıt” səfərdə “İnter”ə 1:5 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt” klubunun baş Aqil Məmmədov bu fikirləri səsləndirib:

“Hesab oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir. Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43