Ölkə futbolu

“Sumqayıt” limitə uyğun 5 futbolçunun xidmətindən yararlanıb

Premyer liqada 2019/2020 mövsümünün ilk yarısı artıq arxada qalıb.

İdmanxeber.az-ın məlıumatına görə, 14 tur ərzində “Sumqayıt” ümumilikdə limitə uyğun gələn 5 futbolçunun xidmətindən istifadə edib. Komandanın baş məşqçisi Ayxan Abbasov ilk turda “Qəbələ” ilə qarşılaşmanı 4 limit futbolçu ilə başa vurub.

Ümumilikdə götürsək, arxada qalan iki dövrədə “Sumqayıt”ın heyətində Premyer Liqa oyunlarında ən azı 2 limit futbolçu meydanda olub. Bu futbolçulardan ən çox oyun keçirən Səbuhi Abdullazadədir.

Yarımmüdafiəçi 12 matçda 749 dəqiqə meydanda olub. Səbuhi Abdullazadədən sonra daha çox oyun keçirən Elvin Cəfərquliyev isə 11 matçda 822 dəqiqə meydanda olub və 1 qola da imza atıb. Bundan başqa, Süleyman Əhmədov 10, Murad Xaçayev və Rüfət Abdullazadə isə 2 oyunda meydanda olub.

1. Səbuhi Abdullazadə – 18.12.2001-ci il / 12 oyun (749 dəqiqə);
2. Elvin Cəfərquliyev – 26.10.2000-ci il / 11 oyun (822 dəqiqə) – 1 qol
3. Süleyman Əhmədov – 25.11.1999-cu il / 10 oyun (578 dəqiqə);
4. Murad Xaçayev – 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə);
5. Rüfət Abdullazadə – 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin məşqində alman məşqçilər – FOTOLAR

admin

“Neftçi” 2019-cu ildə ilk məşqə çıxdı

admin

“Qarabağ”ın legioneri məşqdə zədələndi – FOTO

admin