Ölkə futbolu

“Sumqayıt” məğlub oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”  qonşu ölkədə bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komanda Özbəkistanın “Nasaf” klubu ilə üz-üzə gəlib. Görüş “Sumqayıt”ın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama oyununda “Skenderbeu”ya 1:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43