02 Dekabr 2020
Kateqoriyasız

“Sumqayıt” Mehdi Şərifini göndərdi

“Sumqayıt” klubu futbolçusu Mehdi Şərifi ilə yolları ayırıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı iranlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda “Sumqayıt”a keçib. Onun klubla daha bir illik müqaviləsi var idi.

Daha əvvəl “Sumqayıt”ın futbolçularından Şəhriyar Əliyev “Keşlə”yə, Elvin Cəfərquliyev “Qarabağ”a keçib.

Əlavə edək ki, M.Şərifi bu mövsüm Premyer Liqada 5 qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Zirə”nin “Neftçi” önündə üstünlüyü

admin

Renat oynadı, komandası 3 xala sevindi

admin