Ölkə futbolu

“Sumqayıt” məşqlərə başladı

Azərbaycan Premyer Liqasının son turunda AZAL-la qarşılaşan (1:1) “Sumqayıt” 2 günlük istirahəti başa vurub.

İdmanxeber.com-un məlumatına görə, komanda ötən gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb. Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən “Sumqayıt” daha sonra toplu çalışmalarla məşqi tamamlayıb.

Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı U-21 millimizin heyətində olduğu üçün hazırlığa qatılmayıb.

Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq, “Sumqayıt” yoxlama oyunu da keçirəcək. Komanda “Neftçi” ilə qüvvəsini sınayacaq. Qarşılaşma oktyabrın 8-də saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43