Ölkə futbolu

“Sumqayıt” milli ilə qarşılaşacaq

Növbəti mövsümə hazırlığı davam etdirən “Sumqayıt” bu gün daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun çalışdırdığı kollektiv Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43