2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.
Müdafiəçi Höccət Haqverdi daha 2 mövsüm bu komandada çıxış edəcək. Məlumatı klubun mətbuat xidməti yayıb.
Azərbaycan yığmasının milliləşən legioneri 2021-ci ilin əvvəlindən “Sumqayıt”da oynayır. Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb.
“Sumqayıt” bunadək baş məşqçi Ayxan Abbasov, futbolçular Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla müqavilə müddətini uzadıb.