Kateqoriyasız

“Sumqayıt” “Neftçala”nı darmadağın etdi

Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası doğma meydanda 1-ci liqa təmsilçisi “Neftçala”nı 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Komandanın qollarına Tofiq Mikayılov (2), Məhəmməd Qurbanov (2) və Bəxtiyar Həsənalızadə imza atıblar.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyununu iyulun 12-də “Rəvan”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43