Kateqoriyasız

“Sumqayıt” “Neftçi” ilə oyuna 2 itki ilə hazırlaşır

“Sumqayıt” 2 günlük istirahətin ardından “Neftçi” ilə oyunun hazırlığına start verib.

İdmanxeber.az-ın məlumatına görə, Şəhriyar Əliyev və Vüqar Mustafayev zədə səbəbindən məşqdə iştirak etməyib.

Məşqin ilk 30 dəqiqəsində fitness zalında fiziki gücün artırılması yönündə hazırlıqlar olub. Daha sonra isə meydançada müxtəlif toplu çalışmalar həyata keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43