Ölkə futbolu

“Zirə” və “Sumqayıt” yarımfinalda – YENİLƏNİB

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Günün ilk matçı “Bayıl Arena”da oynanılacaq. Burada “Zirə” “Səbail”in qonağı olub. Qarşılaşma qonaq komandanın 2:3 hesablı qələbəsi ilə sona çatıb. Bununla da “Zirə” komandası iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçirilib. İlk oyunda evdə “Sumqayıt”a 2:0 hesabı ilə məğlub olan “Neftçi” səfərdə 1:0 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə yüksələ bilməyib.

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

16:00. “Səbail” – “Zirə”. 2:3

Qol:Adrian Skarlatake, 3-avtoqol,Adil Nağıyev, 45+2 (1:1), 73 (1:3), Pərdis Fərcad-Azad, 63 (1:2)

İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Neftçi” 1:0

Qol: Namiq Ələsgərov, 42
Qırmızı: Arif Daşdəmirov, 87

İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43