Ölkə futbolu

“Sumqayıt” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq

Azərbaycan Premyer Liqası 19-cu turunda “Sumqayıt” səfərdə “Qəbələ” ilə qarşılşacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar” bu görüşə itkilərlə çıxacaq. Belə ki, “Sumqayıt”ın heyətində Kristian Velinovski, Vüqar Mustafayev və Oktavio Manteka komandaya kömək edə bilməyəcək.

Zədəli olan Səbuhi Abdullazadənin durumu isə bəlirsizdir. Futbolçunun oynayıb-oynamayacağı matç saatında bəlli olacaq.

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” görüşü sabah saat 16:30-da start görütəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43