İdman

“Sumqayıt” qalib gəldi, “İnter” bürünc medal qazandı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turuna yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk oyunu Zirədə baş tutacaq. Burada Zirənin eyniadlı komandası "İnter"i qəbul edəcək. Bu matç "Zirə" üçün böyük əhmiyyət kəsb edir. Belə ki, komanda qələbə qazanacağı təqdirdə avrokuboklara getməyə imkan verən 4-cü pillədəki yerini möhkəmlədəcək. "İnter" isə bürünc medallara sahib çıxmaq şansını daha da artıracaq.

Turun son matçı isə Şüvəlanda keçiriləcək. Burada AZAL "Sumqayıt"ı qəbul edəcək. Bu matç AZAL üçün o qədər də önəmli olmasa da, "Sumqayıt" üçün vacibdir. Belə ki, komanda qalib gələcəyi təqdirdə xal sayını 31-ə yüksəldəcək və "Zirə"yə çatacaq. "Zirə"nin "İnter"dən xal ala bilməyəcəyi təqdirdə komandalar 4-5-ci pillələri bölüşəcəklər.

10 aprel

Azərbaycan Premyer Liqası

25-ci tur

15:00. “Zirə” – “İnter”  1:1

QOL: Rauf Əliyev, 12 (0:1), Riçard Qadze, 19 (1:1)

Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadionu

17:30. AZAL – “Sumqayıt”  1:2
QOL: Amil Yunanov, 23 (0:1), Ruslan Əmircanov, 42 (1:1), Mirabdulla Abbasov, 64 (1:2)

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Füzuli Nəcəfov

“AZAL Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43