Ölkə futbolu

“Sumqayıt” – “Qarabağ” matçının başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasında II turun bir matçının təqvimi bəlli olub. 

İdmanxeber.com-un “Qarabağ”ın rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubunun “Sumqayıt”la keçirəcəyi qarşılaşmanın başlama saatı müəyyənləşib.

 

Avqustun 11-də Sumqayıtda baş tutacaq oyun saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, “Sumqayıt” ilk turda “Zirə” üzərində (1:0) qələbə qazanıb, “Qarabağ” isə “İnter”ə (1:2) məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43