24 Oktyabr 2020
Ölkə futbolu

“Sumqayıt” – “Qarabağ” matçının yeri dəyişdirildi

“Qarabağ” Peşekar Futbol Liqasına müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib. Belə ki, “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örütüklü “Azersun Arena”da keçirilməsini xahiş edib. “Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı dəyişikliklər həyata keçirib:

Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Qarabağ” matçı 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilsin.
IV turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Polşa millisinin sabiq üzvü Azərbaycandan təklif alıb

admin

“İnter” – “Sumqayıt”: heyətlər açıqlandı

admin

Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək oyunları izlməyin yolu

admin