Kateqoriyasız

“Sumqayıt” – “Qarabağ” oyununda 7 qol

I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.

Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib.

“Gənclik şəhəri” təmsilçisi Ağdam klubuna 4:3 hesabı ilə qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri bununla da təlim-məşq toplanışını başa vurub.

Komanda 6 fevral, saat 14:00-da I Divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43