Kateqoriyasız

“Sumqayıt” – “Qarabağ” oyunundan əvvəl musiqili proqram

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçından əvvəl xüsusi tədbir olacaq.

Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən “Sumqayıt” – “Qarabağ” oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.

Qeyd edək ki, noyabr 22-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına saat 19:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Kapitan da “Neftçi”dən getdi!

admin

Cavadov “Kəpəz”in məşqini izləyib – FOTOLAR

admin

İlham Əliyevə millinin forması hədiyyə edildi

admin