Ölkə futbolu

“Sumqayıt” Qazaxıstan klubuna qarşı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”  bu gün sonuncu yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, “Sumqayıt” Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın “Skenderbeu” klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan “Nasaf”ı ilə qüvvəsini sınayan  komanda  0:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43