Ölkə futbolu

“Sumqayıt” “qoca qurd”u heyətinə qatdı – ÖZƏL

“Sumqayıt” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “gənclik şəhəri”nin təmsilçisi Azərbaycan milli komandasının sabiq üzvü Aleksandr Çertaqanovu heyətinə qatıb.

“Sumqayıt”da bir zamanlar top qovmuş milli üzvü ilə 1 illik müqavilə imzalanacaq. Hazırda klubla birgə məşqlərə qatılan Çertaqanov “Sumqayıt”da növbəti dəfə Premyer Liqanın III turunda, “İnter”lə matçda debut edə biləcək. Yarımmüdafiəçi məhz həmin müddətə tam hazır olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43