İdman

“Sumqayıt” rəsmisi kabel oğurlayan futbolçu haqda: “Nicat həddi buluğa çatmış insandı, ona güdə bilmərik ki”

"Klubumuzun meneceri Ceyhun Sultanov Nicat Muxtarovun məsələsi ilə bağlı mətbuata bəzi açıqlama verib. Bəli, o, Nicatın atası ilə əlaqə saxlayıb və futbolçunun 1 həftə məşqlərə gəlməməsinin səbəbini soruşub. Atası isə, Nicatın xəstə olduğunu əsas gətirib".

İdmanxeber.com-a açıqlamasında bu sözləri "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib. Komanda rəsmisi kabel oğurlamaqda iddiham olunan "Sumqayıt"ın üzvü Nicat Muxtarovun hərəkətini olduqca təəssüf hissi ilə qarşıladıqlarını söyləyib: "Əfsuslar olsun ki, məsələ doğrudu. Bununla bağlı məşqçilər heyəti ilə klub rəsmiləri arasında iclas keçiriləcək və Nicat muxtarovla bağlı qərarlar qəbul olunacaq. Nicat həddi buluğa çatmış insandı, "Sumqayıt" klubu onu güdə bilməz ki".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43