Kateqoriyasız

“Sumqayıt” – “Səbail” matçında 4 qol

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt-2” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Səbail-2” ilə üz-üzə gəlib. Oyundan öncə 20 yanvar şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Sumqayıt-2”-nin qollarını Sənan Ağayev və Samir İbrahimov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43