Ölkə futbolu

“Sumqayıt” – “Sabah” matçının yeri dəyişdirildi

Topaz Premyer Liqasının 8-ci turunun oyun proqramında dəyişiklik edilib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt”ın rəsmi məktubuna əsasən, “Sumqayıt” – “Sabah” görüşünün yerinin dəyişdirilməsinə qərar verilib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Bayıl Arena”da yox, “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 21-i saat 17:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43