Ölkə futbolu

“Sumqayıt” – “Səbail” matçında 4 qol – VİDEO

2017/2018 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” ilk yoxlama “Gənclik şəhəri” təmsilçisi “Kapital Bank Arena”da Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın heyətində komanda ilə bu gün müqavilə imzalayan Ramin Hasanov dubl edib. Debütantın qollarına isə Emin Mehdiyev və Şirməmməd Məmmədov imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43