Ölkə futbolu

“Sumqayıt” “Sivasspor” və “Osmanlıspor”la qarşılaşacaq

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt”  ilk olaraq Türkiyə superliqası təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Komanda növbəti yoxlama görüşünü iyulun 20-i Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh”a qarşı keçirəcək. 3-cü yoxlama matçında “Sumqayıt” iyulun 23-ü Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşacaq. Son yoxlama oyununda isə rəqib Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a olacaq. Bu görüş iyulun 28-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43