Ölkə futbolu

“Sumqayıt” “Torpedo” ilə qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” bu gün Gürcüstan təmsilçisi Kutaisi “Torpedo”su ilə üz-üzə gələcək.

 Oyun yerli vaxtla saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Torpedo” son olaraq Gürcüstan yüksək liqasını 6-cı pillədə tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43