Ölkə futbolu

“Sumqayıt” “Torpedo”ya da uduzmadı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstanın Kutaisi “Torpedo”su ilə üz-üzə gəlib.

 

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Sumqayıtlıların yeganə qolunu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

 

Qeyd edək ki, “Sumqayıt” Bolu da son yoxlama oyununu iyulun 25-də keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43