Ölkə futbolu

“Sumqayıt” Türkiyəyə yollandı

“Sumqayıt” Premyer Liqada mövsümün ikinci yarısının hazırlıqlarını həyata keçirmək üçün Türkiyəyə yollanıb.

İdmanxeber.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün Antalyaya yola düşüb. “Kimyaçılar” yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq.

“Sumqayıt” qardaş ölkədə iki hazırlıq görüşü keçirməyi planlaşdırıb. Gənclik şəhəri təmsilçisi yanvarın 12-də Rumıniyanın “Hermanştadt”, 16-da isə Özbəkistanın “Soqdiana” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43