Kateqoriyasız

“Sumqayıt” üçün 70-ci qələbə

Azərbaycan Premyer Liqasının XVI turu “Sumqayıt” üçün yubileylə əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi 2011-ci ildə debüt etdiyi yüksək dəstədə 70-ci qələbəsini qazanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki ,bu, “Zirə” ilə ev matçına təsadüf edib (2:1). Ayxan Abbasovun yetirmələri bu göstəriciyə Premyer Liqadakı 268-ci matçında çatıb. “Sumqayıt” ölkə çempionatları tarixində qazanılan qələbələrin sayına görə 16-cı pilləyə yüksəlib.

Yubiley uğurunun müəllifi 47 dəfə evdə, 23 dəfə səfərdə qalib gəlib. “Sumqayıt” Premyer Liqada 9-cu mövsümündə “70”ə çatıb: 2011/12 – 6, 2012/13 – 9, 2013/14 – 5, 2014/15 – 7, 2015/16 – 9, 2016/17 – 9, 2017/18 – 11, 2018/19 – 8, 2019/20 – 6.

Qeyd edək ki, “Sumqayıt” ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la ev oyununda qazanıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki oyunları nə vaxt başlayacaq?

admin

Elşad Əhmədov: “Kimin səhvi varsa, cəzalanacaq”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin